“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.
Offsideplus.az xəbər verir ki, klubla 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb. Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
O, komandada 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.